İranın Xuzistan əyalətində baş verən terror aktında yaralananların sayı 15 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, İranın Xuzestan əyalətinin İze bölgısində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb. Ölənlər arasında polislər də var.
Atəş nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
22:22
İranın Xuzistan şəhərində motosikletlə bir neçə nəfər insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb.
KONKRET.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
İlkin məlumata görə, 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.