İranda küçədə bəbir PEYDA OLDU – VİDEObackend

İranda küçədə bəbir PEYDA OLDU - VİDEO

İranda küçədə bəbir peyda olub.

KONKRET.az xəbər verir ki, İranın Mazandaran əyalətinin Qaimşəhr şəhərində küçədə bəbir görüntülənib.

Polis və yanğınsöndürənlər əhalini qorxuya salan bəbiri tutmağa çalışıb.

Bəbir bir polisi yaralayıb. Yırtıcıya tüfənglə bihuşedici maye vurulub. Bihuşedici mayenin təsir göstərməsindən sonra yatan bəbir qəfəsə salınıb.

Daha sonra bəbirin sahibi üzə çıxıb və şikayət edib. O, bəbirin öldürüldüyünü bildirib .

Sahibi bəbirin daha öncə də evdən qaçıb yenə qayıtdığını deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*