İranda ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatdıbackend

İranda ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatdı

İranın cənub-qərbində yerləşən Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Eyni zamanda 40-a yaxın insan yaralanıb.

Hadisəyə görə şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb.

Xatırladaq ki, biznes binası mayın 23-də çöküb. Prezident İbrahim Rəisi fəlakətin səbəblərinin təcili araşdırılmasını və günahkarların cəzalandırılmasını əmr edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*