“İranda siyasətçilər səbirsizliklə Putinin səfərini gözləyirlər” – Kreml rəhbəri Tehrana niyə gedir?backend

“İranda siyasətçilər səbirsizliklə Putinin səfərini gözləyirlər” - Kreml rəhbəri Tehrana niyə gedir?

Sabah Astana formatında üçtərəfli sammitdə iştirak edəcək Rusiya prezidenti Vladimir Putinin İrana səfəri gözlənilir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da bu gün Tehrana gedir.

Amma Vladimir Putin sonuncu dəfə 2018-ci ildə İrana rəsmi səfər edib. Və Rusiya liderinin həmin səfəri İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşlə yadda qalıb. Bundan əvvəl Vladimir Putin və İran rəhbəri 2007 və 2015-ci illərdə görüşüblər.

Dmitri Peskovun sözlərinə görə, Kreml rəhbəri hazırkı səfəri çərçivəsində İranın Ali Rəhbəri ilə görüşəcək. Bu, rəsmi olaraq Rusiya prezidentinin İrana beşinci səfəri olacaq.

Kremlin mətbuat xidmətinin məlumatına görə, gündəm mövzu ilə zəngindir. Belə ki İran və Türkiyə arasında  ikitərəfli əməkdaşlıq məsələləri, Suriya münaqişəsinin nizamlanması prosesi, Moskva və Tehranın Hərtərəfli Əməkdaşlıq Sazişinə düzəlişlər mövzusu müzakirə predmetinə çevriləcək.

İranın Rusiyanın iştirak etdiyi regional birliklərə (ŞƏT və BRİCS) üzvlük mövzusu, Şimal-Cənub İTC-nin tam miqyasla işə salınması məsələsi da müzakirə edilə bilər.

“İranda siyasətçilər böyük səbirsizliklə Vladimir Putinin səfərini gözləyirlər”. Bu barədə  “Sputnik İran”a açıqlamasında İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Abbas Qolrov deyib.

“Məclis Rusiyanın Amerika totalitarizminə qarşı mübarizədəki mövqeyini alqışlayır və Vladimir Putini gözləyir”, – deyə o vurğulayıb.

İran rəsmisi parlamentin deputatlarının Rusiya liderini çox səbirsizliklə gözlədiklərini və bank sektorundakı sanksiyaların aradan qaldırılmasının mümkün qədər tez həll olunacağına ümid bəslədiklərini dilə gətirib: “Ölkələr nəhayət dollardan imtina edəcəklər  və yalnız milli valyutada hesablaşmalara keçəcəklər. Ona görə də Vladimir Putinin səfəri zamanı iranlılar üçün bu məsələnin ən yüksək səviyyədə həll olunması vacibdir” – məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*