İranda susuzluğa etiraz edən insanlar küçələrə axışıb.
KONKRET.az xəbər verir ki, İranın Şəhrekord əhalisi su qıtlığından bezərək etiraz aksiyalarına başlayıblar. Onlar suyun kəsilməsinin 9-cu günü küçələrə çıxaraq valilik binasının önünə toplaşıblar.
Onlar hökumətə qarşı müxtəlif şüarlar səsləndiriblər. Etirazlara çox sayda narazı qadının qatılması xüsusilə diqqət çəkib.
Narazı əhalinin etiraz aksiyası elə ilk dəqiqələrdə xüsusi təyinatlıların sərt reaksiyası ilə qarşılanıb. Su qıtlığından cana doyan insanlar aksiyanı dağıtmaq üçün cəlb edilən xüsusi təyinatlı qüvvələrə xitabən “bişərəf, bişərəf” və ölkə başçısına qarşı “Ölüm olsun Rəisiyə!”şüarı səsləndiriblər.
Xuraman Etibarlı,
KONKRET.az
