İranda tanınmış jurnalistə 10 il həbs cəzası verilib.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İran məhkəməsinin tanınmış jurnalist və ictimai fəal Vida Rəbbani barədə çıxardığı hökm Tehran Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
10 il 4 ay həbs cəzasına məhkum edilən jurnalistin həm də ictimai şəbəkələrdə fəaliyyətinə və siyasi, ictimai qruplara üzvlüyünə qadağa qoyulub.
Xatırladaq ki, Vida Rəbbani 22 noyabr 2020-ci ildə hökumət qüvvələri tərəfindən tutularaq Evin zindanına salınıb.
O, “dini müqəddəsləri təhqir etmək”, “zorakılığa çağırış” və “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə fəaliyyət aparmaq” kimi saxta ittihamlar əsasında həbs olunub.
Xuraman Etibarlı,
KONKRET.az
