backend

İranda təyyarə qəzaya uğradı

İranın Əlborz vilayətinin Nəzərəbad bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, təyyarə təlim üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Nəticədə 2 nəfər ağır yaralanıb.

Vilayətin səhiyyə xidmətləri idarəsinin rəisi Mehrdad Babayi mətbuat nümayəndələrinə bildirib ki, yaralılar helikopterlə yaxınlıqdakı Kərəc şəhərinə aparılıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti çox ağır qiymətləndirilir.

İranın hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar araşdırma aparır.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*