İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
12:12
İranda 4,5 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, yeraltı təkanlar Fars əyalətində baş verib.
Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
