İranın Qarabağdakı GİZLİ OYUNU: Azərbaycandan Ermənistana köçürülən 211 milyon dollar hara xərclənib?backend

İranın Qarabağdakı GİZLİ OYUNU: Azərbaycandan Ermənistana köçürülən 211 milyon dollar hara xərclənib?

“Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyaların dəlinməsi üçün istifadə etdiyi platformanı itirdi: işğal dövründə Tehran Qarabağda “çirkli pulların yuyulması” mexanizmini qurmuşdu. İrandan Qarabağa gətirilən pullar burada onlar tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və “təmizlənirdi”. Dünya Bankının 2019-cu il hesabatında konkret faktlar əksini tapıb. Hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 211 milyon dollar pul köçürülüb”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı maraqlı faktlara toxunub. O bildirib ki, erməni müxalifəti 44 günlük müharibədən sonra “Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından Paşinyana qarşı “türklərə satılıb” ittihamını arqument kimi istifadə edirdi. Hərçənd, Azərbaycandan köçürülən pul əslində Qarabağdan köçürülən İran pulu idi. Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır. ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları “yuduğunu” və “Hizbullahı” maliyyələşdirdiyini açıqlamışdı”.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Asif Nərimanlı əlavə edib ki, bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir: “Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün “min bir əziyyətə” qatlanmasının səbəblərindən biri də “bəlkə bu mexanizmi xilas” etmək ümididir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*