İranın vitse-prezidenti istefa verdibackend

İranın vitse-prezidenti istefa verdi

İran Prezidentinin elm və təhsil sahəsi üzrə müavini Surena Səttari istefa verib.

KONKRET.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Rəsmi mənbələr isə məlumatı nə təkzib, nə də təsdiq edib.

Beləliklə, onun istefasının səbəbi açıqlanmayıb. Bununla yanaşı, bəzi mənbələrdə Surena Səttarinin Albaniyanın infrastrukturlarına kiberhücumla əlaqəsinin ola biləcəyi iddia olunur.

Xatırladaq ki, rəsmi Tirana Tehranı Albaniyanın milli informasiya infrastrukturuna kiberhücumda ittiham edib. Bundan sonra Albaniya İranla diplomatik əlaqələri kəsib.

Qeyd edək ki, S.Səttari 1972-ci ildə İranın Tehran bölgəsində anadan olub. O, 1992-ci ildə İran Prezidentinin elm üzrə dəftərxana müdirinin müavini vəzifəsində çalışıb. S.Səttari İranın keçmiş Prezidenti Həsən Ruhanin və indiki hökumət başçısı İbrahim Rəsinin kabinetində vitse-prezident vəzifələrini tutub.

Məlumat üçün bildirək ki, İran Prezidentinin müxtəlif sahələr üzrə 5 vitse-prezidenti var.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*