İranlı deputat: Təkcə İsrail deyil, başqa ölkələr də Fəxrizadəni…backend

İranlı deputat: Təkcə İsrail deyil, başqa ölkələr də Fəxrizadəni...

Bir neçə ölkənin xüsusi xidmət orqanları Möhsün Fəxrizadənin ölümündə iştirak etmiş ola bilər.

KONKRET.az xəbər verir ki, bu sözləri iranlı deputat Əbülfəz Amui deyib.

“Sionist rejimin (İsrail nəzərdə tutulur – red.) Fəxrizadəni məhv etmək əməliyyatı ilə yanaşı, prosesin ağırlığını nəzərə alaraq, xarici ölkələrin xüsusi xidmət orqanlarının da burada iştirak etmə ehtimalını dəyərləndirmək lazımdır”, – deyə deputat bildirib.

Qeyd edək ki, İranın nüvə fiziki M.Fəxrizadə Tehran yaxınlığında sui-qəsd nəticəsində öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*