İranlı deputatlar parlament binasında “Amerikaya ölüm” şüarı səsləndiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. İran parlamentinin deputatları bir ağızdan Amerikaya lənət yağdırıblar.
Yayılan xəbərlərə görə, guya İranda etirazçıların lideri ABŞ dövlətinə “qulluq edir”.
Xatırladaq ki, ötən gün İran millət vəkilləri etirazları bağlı qapılar arxasında müzakirə ediblər.
Görüntülər həmin müzakirələr zamanı çəkilib.
Xuraman Etibarlı,
KONKRET.az
