İranlı tələbələr Ukraynadan qovulur.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın teleqram kanalları məlumat yayıb. Bildirilir ki, İran İslam Respublikasından Ukraynanın ali təhsil müəssisələrində təhsil alan tələbələr bu ölkədən qovulmağa başlayıblar.
Teleqram kanalın məlumatına görə, təhsilin dayandırılması və qovulmaya səbəb Rusiya qoşunlarının “xüsusi əməliyyat” zamanı İranın “Geran-2” adlandırılan Şahed-136 pilotsuz təyyarələrindən istifadə etməsi olub.
Rusiya Ukraynaya qarşı İran pilotsuz uçuş aparatlarından istifadə edir deyə, Kiyev hakimiyyəti iranlı tələbələri ölkədən qovub və onların növbəti 3 il ərzində Ukraynaya girişini qadağan edib.
Deportasiya işarələri olan skrinşotlar tələbələr tərəfindən sosial şəbəkələrdə və İran mediasında yerləşdirilir.
Eyni zamanda, Rusiya Federasiyası və İran PUA-ların Rusiyaya tədarükü ilə bağlı məlumatları rəsmən təkzib edir.

Xuraman Etibarlı,
KONKRET.az
