İraq da matəm elan etdibackend

İraq da matəm elan etdi

İraq hökuməti İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra üçgünlük milli matəm elan edib.

KONKRET.az xəbər verir ki, hökumət sözçüsü Bassem Əl-Avidi bildirib:

“Böyük kədərlə, alim və mühacid, Ali Lider, Peyğəmbər ailəsinin ən önəmli şəxslərindən biri hesab etdiyimiz Ayətullah Seyid Əli əl-Hüseyni əl-Xamneyinin şəhid olması münasibətilə hörmətli İran xalqına və bütün İslam ümmətinə başsağlığı veririk”.

O, həmçinin qeyd edib ki, sui-qəsd “açıq-aşkar təcavüz və bütün insan və əxlaq normalarını pozan və açıq-aşkar beynəlxalq qanunlara və konvensiyalara zidd olan qınanmalı bir hərəkət nəticəsində” baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*