İsmayıllıda qəza olub.
KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.
Belə ki, “Niva” və “Hyundai” markalı iki avtomobil toqquşub. Nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
