İranda ABŞ dollarının məzənnəsi avqustun 23-də tarixi maksimuma yüksələrək 2 milyon riala çatıb.
KONKRET.az xəbər verir ki, u barədə “Iran International” məlumat yayıb.
Bununla da İran milli valyutasının son günlərdə başlayan sürətli ucuzlaşması davam edib. Britaniya funtunun məzənnəsi 2,72 milyon rialı keçib, avro isə 2,34 milyon riala yaxınlaşıb.
Məlumata görə, ötən həftənin əvvəlində İranda 1 ABŞ dolları təxminən 1,865 milyon riala satılırdı. Beləliklə, dolların məzənnəsi bir həftədən də az müddətdə 7 faizdən çox artıb.
Dolların məzənnəsi ötən ilin eyni dövründəki təxminən 958 min rialla müqayisədə isə iki dəfədən çox yüksəlib.
İran rialının kəskin ucuzlaşması ölkədə iqtisadi vəziyyətə və əhalinin alıcılıq qabiliyyətinə təzyiqi daha da artırır.
Günay Əli
KONKRET.az
