İranın cənubundakı Fars əyalətində 7,5 trilyon kubfutdan çox təbii qaz ehtiyatına malik yataq aşkarlanıb.
KONKRET.az xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad açıqlayıb.
Nazirin sözlərinə görə, ehtiyatların hasilat əmsalının 72 faizdən çox olacağı nəzərə alınarsa, yataqdan 5,7 trilyon kubfutdan artıq qaz çıxarmaq mümkün olacaq.
Paknejad bildirib ki, hasil edilə biləcək qazın həcmi “Cənubi Pars” qaz yatağının bir mərhələsində 15 il ərzində həyata keçirilən hasilata bərabərdir.
Nazir əlavə edib ki, yataqda böyük həcmdə qaz kondensatı da mövcuddur. Onun sözlərinə görə, yatağın ümumi resursları İrana on milyardlarla dollar gəlir gətirə bilər.
Günay Əli
KONKRET.az
