Azərbaycan Prezidenti: “Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir”backend

Azərbaycan Prezidenti: "Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir"

“Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim”.

KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında deyib.

“Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir”, – deyən dövlətimizin başçısı bunun Prezident Şavkat Mirziyoyevin xidməti olduğunu vurğulayıb. O deyib: Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*