İraqda güclü qum fırtınası səbəbindən 4 min adam boğulma təhlükəsi ilə xəstəxanalara aparılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.
Həmçinin güclü qum fırtınaları səbəbindən Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşların müvəqqəti dayandırıldığı qeyd edilib.
Səhiyyə Nazirliyinin sözçüsü Seyf Bədir bildirib ki, qum fırtınası səbəbi ilə boğulma təhlükəsi ilə üzləşən 2 min nəfər xəstəxanalara aparılıb və vətəndaşlara çölə çıxmamaq barədə xəbərdarlıq edib.
İqbal Rzayev,
KONKRET.az
