İraqda toqquşma: 47 polis xəsarət aldıbackend

İraqda toqquşma: 47 polis xəsarət aldı

İraqın Nəcəf şəhərində polislər və etirazçılar arasında toqquşmalar baş verib.

KONKRET.AZ xəbər verir ki, bunu “Al-Arabiya” telekanalına Nəcəf əyalətinin qubernatoru Luay əl-Yasiri deyib.

L.əl-Yasiri bildirib: “İran konsulluğunda baş verən hadisələr zamanı Nəcəf şəhərinin 47 polis əməkdaşı xəsarət alıb”.

Qubernator vurğulayıb ki, hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xatırladaq ki, daha əvvəl bir qrup etirazçı İranın Nəcəf şəhərindəki konsulluğuna hücum edib və binaya girişi yandırıb. Daha sonra alov binanın digər hissələrinə də keçib. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*