İraqdan 14 uşaq geri qaytarıldıbackend

İraqdan 14 uşaq geri qaytarıldı

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, noyabrın 27-də İraqdan Qazaxıstana 14 uşaq təxliyə edilib. Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu azyaşlı Qazaxıstan vətəndaşları anaları ilə birlikdə terror fəaliyyətində iştirak etdikləri üçün İraq həbsxanasında olublar.
Bu humanitar aksiya Xarici İşlər Nazirliyi tərəfindən bir sıra dövlət qurumları, yerli qeyri-hökumət strukturları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində uşaqların analarının və qohumlarının istəyi ilə həyata keçirilib.

Qazaxıstan rəsmiləri İraq hakimiyyətinə və bu əməliyyatın həyata keçirilməsində iştirak edən bütün şəxslərə və təşkilatlara göstərilən kömək və dəstəyə görə dərin minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*