İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib ki, rəsmi Tehran Bağdaddan heç vaxt eşitmədiyi sözləri eşidir. O qeyd edib ki, İraq İrana əməkdaşlıq etmək fikrinin olduğunu, İranın bu ölkənin daxili işlərinə müdaxilə etməməsini istədiyini deyib.
KONKRET.az xəbər verir ki, Fuad Hüseynin sözlərinə görə, İraqın İranla münasibətləri artıq sükut mərhələsindən açıq danışmaq mərhələsinə keçib.
“İran dərk etməlidir ki, biz dost və qonşu olaraq qalmaqla əməkdaşlıq edəcəyik, lakin İranın ölkəmizin daxili işlərinə qarışmaşı qəbuledilməzdir”, – deyə İraqın xarici işlər naziri fikrini tamamlayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
