“İrəvan Azərbaycanla ciddi şəkildə razılığa gəlməlidir” – ABŞ-ın mesajı, erməni kilsəsinin HARAYIbackend

"İrəvan Azərbaycanla ciddi şəkildə razılığa gəlməlidir" - ABŞ-ın mesajı, erməni kilsəsinin HARAYI

KTMT Ermənistanı qapıda göstərdikdən sonra erməni politologiya cəmiyyəti İran faktoruna hücum edir.

Erməni əsilli amerikalı professor Arman Qriqoryan NEWS.am-a müsahibəsində bildirir ki, İsrail və ABŞ İrana qarşı Azərbaycanı ciddi müdafiə edir. (https://news.am/rus/news/732235.html)

Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti hesab edən İran üçün apokalipsis yaxınlaşır. Dəhlizlə bağlı məsələlər İranın hakimiyyət eşalonlarında ciddi narahatlıq yaratsa da, ölkənin fundamental problemi getdikcə qabarmaqdadır. Söhbət İrandakı azərbaycanlı əhalinin problemlərindən gedir. Amerikalı politoloq ciddi cəhdlə əsas diqqəti bura yönəldir ki, Azərbaycanda bu mövzuda müzakirələr müxtəlif səviyyələrdə getdikcə qızışır. İsrail isə bundan çox məmnundur.

Xatırladaq ki, hazırda demək olar ki, bütün İran islamçı hakimiyyətə qarşı etiraz hərəkatı vəziyyətindədir. Üstəlik, bunun fonunda Azərbaycan hərəkatı fəallaşıb. İş o yerə çatıb ki, din xadimlərinə təzyiq artır, küçələrdə başlarından papaqlarını vurub tullayırlar, qadınlar isə hicablarını atırlar… İran rejimi getdikcə çökür.

Və bu fonda İranı gələcək erməni revanşizminə dəstək kimi görmək sadəcə olaraq mifləri reallıq kimi təqdim etmək istəyidir. Lakin bu, Ermənistanda yeni deyil.

Arman Qriqoryanın fikrincə, ABŞ-ın Azərbaycanı İrandan müdafiə edəcəkləri barədə bəyanatına təəccüblənməmək lazımdır. “Bir tərəfdən Azərbaycanı düşməni olan, düşmən münasibətdə olduqları İrandan qorumağa hazır olduqlarını bildirdilər, digər tərəfdən bu, İrana təzyiq göstərmək üçün əlavə fürsətdir. Ekspert İrəvanın ABŞ-ın da İran kimi Zəngəzur dəhlizinin mümkün açılmasından narahat olacağına ümid etməsindən təəccüblənir.

“Bizim illüziyalarımız, boş ümidlərimiz olmamalıdır ki, onlar (ABŞ, Qərb) gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyə, Azərbaycan və Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar. Mən təbii ki, başa düşürəm ki, bizim vəziyyətimiz çox ağırdır, əlimizdə olan müttəfiqlər bizim minimum ehtiyaclarımızı belə ödəmir. Belə olan halda başqa yerdən dəstək və müttəfiq axtarmaq istəyi təbiidir, amma təbii istək başqadır”, – deyə Arman Qriqoryan bildirib.

Bununla razılaşmamaq çətindir.

Daha sonra ekspert hesab edir ki, İrana qarşı İsrail, Türkiyə və ABŞ Azərbaycana yardıma gəlsə belə, başqa ölkələrin müdaxiləsi istisna edilmir. “Azərbaycanın eyforiyaya düşməsinə dəyməz”, – deyə ekspert fikrini yekunlaşdırır.

Xatırladaq ki, Azərbaycanın öz imkanlarının zirvəsində olması təsadüfi deyil. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən təxminən otuz ilə yaxındır ki, ölkə buna doğru gedir.

Məhz Heydər Əliyev başa düşür və dərk edirdi ki, enerji resursları təkcə maliyyə formalaşması mənbəyinə deyil, düzgün strategiya və neft-qaz sektorunun sonrakı inkişafı ilə nəqliyyat dəhlizinin (təkcə boru kəməri deyil) yaradılması ilə yanaşı, həm də neft-qaz sektorunun inkişafı ilə mümkündür. Enerji resurslarının dünya bazarına çıxarılması üçün düşünülmüş logistika sisteminin tətbiqi və regional sabitlik əsasdır. Bunu ümummilli liderin davamçısı, Azərbaycanın indiki prezidenti İlham Əliyev də tam dərk edir.

Erməni əsilli amerikalı ekspert hesab edir ki, 44 günlük müharibədə qələbə və Əliyevin diplomatik gedişləri nəticəsində çoxları Azərbaycanla yaxın və isti münasibət qurmağa çalışır.

Azərbaycan enerji resurslarından məharətlə istifadə etməklə çoxvektorlu beynəlxalq siyasətdə öz mövqeyini bərkitdi. Ona görə də mövcud şəraitdə Ermənistanın münaqişəni ucatmaq manevrləri məhdudlaşıb. Belə olan təqdirdə, rəsmi İrəvan Azərbaycanla ciddi şəkildə razılığa gəlməlidir. ABŞ-ın ən yüksən diplomatik kürsülərindən də belə mesajlar verilir. Çünki region Rusiyadan qoparmaq, İran məsələsini çözmək üçün iki ölkə arasında sülh müqaviləsi bağlanmalıdır ki, Qarabağ problem adı altında Rusiya prosesə mane olmasın. Əgər Ermənistan Qərb-ABŞ tələbini də nəzərə almasa, Fransa ilə “bacılığı”nı davam etdirsə, Paşinyan öz stulunu qorumaq üçün oyunlarını davam etsə, bu erməni xalqı və dövlətçiliyi üçün ciddi fəlakətlərə gətirib çıxaracaq. Onda heç ermənilərin hayına nə kilsə çata biləcək, nə də diaspor.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*