İrəvan gələcəyini qurban verir: Moskvadan baxışbackend

İrəvan gələcəyini qurban verir: Moskvadan baxış

Hazırda Minsk Qrupunun Qarabağla bağlı müharibədən sonrakı həlldə heç bir əhəmiyyəti yoxdur. Bakı rusiyalı həmsədri yalnız onun Rusiyadan təşrif buyurduğuna görə qəbul etdi. Yəni hörmət əlaməti olaraq.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Aleksey Naumov deyib.

“Əvvəlcə – İkinci Qarabağ müharibəsindən əvvəl, – zaman İrəvanın lehinə işləyirdisə, indi zaman Bakının tərəfindədir. İndi Ermənistana yaxşı və anlaşıqlı şəkildə, bəlkə də ictimai formatlardan kənar bir yerdə hər şeyi başa salmaq vaxtı gəlib çatıb. Görünür, bunu da Kreml artıq etməyə başlayıb”, – deyə rusiyalı ekspert qeyd edib.

Onun sözlərinə görə, Ermənistan nə qədər vaxtı uzatmağa çalışsa, öz tarixi məğlubiyyət faktını dəyişə bilməyəcək:

“İrəvan daxili radikal elektorat qarşısında simasını az da olsa bərpa etmək üçün öz gələcəyini qurban verir”, – deyə Naumov vurğulayıb./axar.az/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*