Ermənistanda Kotayk rayonunun Mrqaşen kəndində minə yaxın avtomobil şini yanır.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mrqaşen kəndi Evrevandan 15 km məsafədə yerləşir.
Yanğın baş verən yerə 4 yanğınsöndürmə briqadası və Fövqəladə Hallar Nazirliyinin iki əməliyyat qrupu gedib.
Xilasedicilər yanğını lokallaşdırmağa müvəffəq olublar, lakin yanğın hələ söndürülməyib.
