İrəvanda Avronest-ın iclasında Rusiya əleyhinə BƏYANATLAR VERİLDİ və sənəd hazırlanırbackend

İrəvanda Avronest-ın iclasında Rusiya əleyhinə BƏYANATLAR VERİLDİ və sənəd hazırlanır

İrəvanda Avronest toplantısında Rusiya əleyhinə bəyanatlar verilib və sənəd hazırlanır.

KONKRET.az xəbər verir ki, bu gün İrəvanda Avronest Parlament Assambleyasının iclası başlayıb və müzakirə mövzularından biri “Ukrayna sərhədində Rusiyanın hərbi mövcudluğunun artırılması” adlanır.

İclasda çıxış edən nümayəndə heyətlərinin bütün üzvləri, yəni həmsədr Andrius Kubilius, həmsədr Maka Boçorişvili, Avropa Parlamentinin deputatı Marina Kalcurand, Avropa Parlamentinin deputatı Helmut Gükinq, Avropa Parlamentinin deputatı Daçan Çoloş və AMO Araşdırma Mərkəzinin tədqiqatçısı Pavel Qavlicek  “DXR” və “LXR”-in müstəqilliyinin tanınmasını birmənalı olaraq pisləyiblər. Bu bəyanatın bölgənin və dünyanın təhlükəsizliyinə təhdid olduğunu, sanksiyaların tətbiqi zərurətini bəyan ediblər.

Üstəlik, Avronest PA-nın baş verənlərə qiymət verən bəyanatı özündə əks etdirən sənəd hazırladığı da bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*