Bu gün İrəvanda avtomobil idxal edənlər Ermənistan Dövlət Gəlirlər Komitəsinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar bir neçə gün əvvəl Gümrüdə yeni açılan gömrük məntəqəsinin işindən narazıdırlar.
Etiraz edən sahibkarlar Xorenatsi küçəsini də bağlayıblar, nəticədə paytaxtın bir neçə küçəsində hərəkət iflic olub. Asayiş keşikçiləri küçəni etirazçılardan təmizləmək istəsələr də, buna nail ola bilməyiblər.
KONKRET.az xatırladır ki, on gün əvvəl Gümrüdə avtomobil gömrük məntəqəsinin rəsmi açılışı olub. Ermənistan Dövlət Gəlirlər Komitəsinin rəhbəri David Ananyan o zaman bildirmişdi ki, “hər gün 1000-1200 avtomobilə xidmət göstəriləcək və gömrükdə növbələr olmayacaq”.