İrəvanda İkinci Qarabağ müharibəsi zamanı itkin düşən əsgərlərin valideynləri etiraz aksiyası keçirir.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bir neçə etirazçı Baş nazir Paşinyanla görüş təşkil etmək üçün polis rəisinin müavini Ara Fidanyanla görüşüb.
Bugünkü etiraz aksiyasının fəal iştirakçılarından biri şöbəyə aparılıb. Hökumət binası qarşısında aksiyanın davam etdiyi bildirilir, artıq neçə saatdır ki, davam edir.
Polis valideynləri yolun hərəkət hissəsindən çıxarır.
Aksiyadan görüntüləri təqdim edirik:
Xuraman Etibarlı
KONKRET.az