İrəvanda Laçının təhvil verilməsinə qarşı etiraz aksiyası KEÇİRİLDİ – VİDEObackend

İrəvanda Laçının təhvil verilməsinə qarşı etiraz aksiyası KEÇİRİLDİ - VİDEO

İrəvanda Laçının təhvil verilməsinə qarşı etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, avqustun 22-də bir qrup erməni hökumət binası qarşısında Laçın, Zabux və Sus yaşayış məntəqələrinin təhvil verilməsinə qarşı etiraz aksiyası təşkil edib.

Onlar hakimiyyətdən “erməni yaşayış məntəqələrinin” təslim olmamasını tələb ediblər. Aksiya iştirakçısı Arevik Nikoqosyan jurnalistlərə müsahibəsində deyib ki, insanları “itirilənləri” qaytarmağın mümkün olmadığına inandırıblar. O bildirib ki, buna yalnız millətin birləşməsi ilə nail olmaq olar.

“Biz dünyaya tələbkarlığımızı göstərməliyik. Əvvəlcə Hökumət binasının qarşısında aksiya keçirmək istədik, lakin bizə dedilər ki, binaya yaxınlaşmaq mümkün deyil, bayraq asmağa icazə verilmir. Bu nə deməkdir?”, – Nikoqosyan deyib.

Xatırladaq ki, avqustun 5-də Qarabağın “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan Laçın və Zabuxr sakinlərinə avqustun 25-dək evlərini tərk etməli olduqlarını bildirib. Avqustun 18-dən bu qəsəbələrdə işıq, telefon, internet, qaz, sonra isə su kəsilib. Artıq əhalinin əksəriyyəti bu əraziləri tərk edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*