İrəvanda partlayış nəticəsində ölənlərin sayı 7-ə çatdı – YENİLƏNİB 5 – VİDEObackend

İrəvanda partlayış nəticəsində ölənlərin sayı 7-ə çatdı - YENİLƏNİB 5 - VİDEO

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Suptnik Ermənistan” hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Axtarış-xilasetmə işləri başa çatdıqdan sonra bu barədə rəsmi açıqlama veriləcəyi bildirilib.

Qeyd edək ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib.

09:00

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

2022-08-14 – 20:16

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.

Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.

***

2022-08-14 – 17:47

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 51 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

2022-08-14 – 15:06

İrəvanda bazarda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyi yayıb.

Qeyd olunur ki, xilasedicilər hadisə şahidləri ilə birlikdə zərərçəkmişləri qəza yerindən çıxarırlar.

2022-08-14 – 14:19

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*