İrəvanda Təhlükəsizlik Şurasının qapalı iclası oldu – TƏFƏRRÜATLARbackend

İrəvanda Təhlükəsizlik Şurasının qapalı iclası oldu - TƏFƏRRÜATLAR

Dünən İrəvanda Təhlükəsizlik Şurasının qapalı iclası olub.

KONKRET.as erməni mediasına istinadla bildirir ki, iclasda general Muradovun bir gün əvvəl Bakıdan İrəvana gətirdiyi təkliflər müzakirə olunub.
Yekun qərar belə olub:

– Azərbaycan Silahlı Qüvvələrini geri çəkir, ancaq üç ortaq post Sev Liç (Qara göl) ətrafında saxlanılır.

– Ermənistan hakimiyyəti sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya yaradılacağına dair zəmanət verməlidir.

Xatırladaq ki, bu, rəsmi məlumat deyil.

Xuraman Etibarlı

 KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*