İş adamına 11 il cəza verildi, 10 milyonluq əmlakı müsadirə olundubackend

İş adamına 11 il cəza verildi, 10 milyonluq əmlakı müsadirə olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova hökm oxunub.

Məhkəmənin hökmü ilə Üzeyir Həsənov 11 il müddətinə azadlıqdan mərhum edilib.

Üzeyir Həsənovun 10 milyon manatlıq əmlakının dövlət nəfinə müsadirə olunmasına qərar verilib.
Qeyd edək ki, ötən prosesdə prokuror Üzeyir Həsənovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan vəsaitin mənimsəyib.

O, həm də Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilir. Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə suçlanır. Həmin iş üzrə 7 milyon 353 milyon manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur.

Muzey məsələsinə gəlincə, ittihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1.8 milyon manatlıq yeyintidə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*