“Elmin mahiyyətini formal dərəcə, ad və şişirdilmiş keyfiyyətsiz kəmiyyətdə görən akademik yanaşmanın nəticəsidir ki, cəmiyyət qan ağlayır”.
KONKRET.az xəbər verir ki, bu sözləri professor, AMEA-da Dilçilik İnstitutunun şöbə müdiri İdris Abbasov öz facebook səhifəsində yazıb.
O bildirib ki, bu gün AMEA-nın ümumi yığıncağında “40 yaşına qədər müdafiə etmiş elmlər doktoru” yazılan məxsusi oturacaqlar diqqəti cəlb edib:
“AMEA prezidenti səlahiyyətlərindən istifadə edən akademik titullu İsa Həbibbəyli AAK tərəfindən təsdiqini almamış bir neçə fəlsəfə doktorunu həmin oturacaqlarda əyləşdirib. Həbibbəylinin paradoksal təşəbbüsü bir çoxlarını heyrətə gətirib. AAK-ın iradəsi əleyhinə elmlər doktoru kimi təqdim olunan həmin şəxslər yığıncağı yarımçıq tərk ediblər”, – deyə professor bildirib.
Xatırladaq ki, bu ilin yanvar ayında AMEA prezidenti, akademik İsa Həbibbəyli deyib ki, 40 yaşın altında olan elmlər doktorlarının sayı cəmi 8 nəfərdir. Akademik bu “problem”in səbəblərini axtardığını deyib:
“Düzdür, bu say azdır və səbəbləri araşdırılır”, – deyə akademik qeyd etmişdir.
KONKRET.az