İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında torpağa tapşırılır. O, həyat yoldaşı Ibrahimova Rənanın məzarı yanında dəfn olunur. Dəfn mərasimində yüzlərlə insan iştirak edir.
İsgəndər Həmidov ilə vida mərasimi davam edir.
Vida mərasimində çıxış edən AXP lideri Pənah Hüseyn İsgəndər Həmidov haqqında bunları deyib: “Isgəndər qəhrəmanlıq göstərmiş əsgərlərimizdən biridir. O daim yaddaşlarda cənab general kimi qalacaq. Bizim nəslin yarpaq tökümü başlayıb. İnanıram ki, gənc nəsil bunu həyata keçirəcək. Allah rəhmət eləsin”.
Daha sonra Müsavat başqanı Arif Hacılı danışıb: “İsgəndər bəylə torpaqlarımızın azad edilməsi uğrunda birgə mübarizəmiz olub. O yüksək vəzifədə təmsil olunmasına baxmayaraq, istiqlal mübarizəsinə qoşuldu. İstiqlal vəkili oldu. O heç zaman əqidəsindən dönmədi. Daim mübarizənin önündə oldu. Onun arzuları həyata keçmədi, amma yaxın zamanlarda bunun həyata keçəcəyinə inanırıq. Allah ona rəhmət eləsin. Yaxınlarına başsağlığı veririrəm”.
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı da çıxış edərək İsgəndər Həmidov haqqında danışıb: “Biz onun əsgərləri idik. Biz onun silahdaşları olaraq, sona qədər mübarizəmiz davam edəcək”.
Qeyd edək ki, İsgəndər Həmidov Sulutəpədə xanımı dəfn olunan yerdə torpağa veriləcək.

