İsgəndər Həmidovun son durumu: “Həkimlər onun həyatı ilə çarpışırlar”backend

İsgəndər Həmidovun son durumu: "Həkimlər onun həyatı ilə çarpışırlar"

Tibb elmləri doktoru, professor Adil Qeybulla sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyətinin kritik olduğu barədə məlumat yayıb.

KONKRET.AZ-ın məlumatına görə, Adil Qeybulla bildirib ki, bir neçə gün öncə Türkiyədən gələn neyrocərrah, professor Kadir Tafta ilə konsultasiya edildi və baş beyinin tomoqrafiyası müayinəsi zamanı işemik prosesin artıq beyinin hər iki yarımkürəsini əhatə etməsi müəyyən edildi.

Onun sözlərinə görə, cərrahi əməliyyat və ya onun xaricə aparılması variantları məqsədəuyğun sayılmayıb:

“Aparılan müalicə sxeminə müəyyən korrektələr edildi. Hazırda hemodinamikası inotrop (dərman preparatları hesabına) dəstəkdədir, qeyri-stabildir. Mütəmadi tənəffüs pozuntuları qeyd edilir. Bir sözlə, həkimlər onun həyatı ilə çarpışırlar. Allah şəfa versin, dualarımız onunladır”.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*