İspaniyada meşə yanğınlarına qarşı keçilərdən istifadə ediləcəkbackend

İspaniyada meşə yanğınlarına qarşı keçilərdən istifadə ediləcək

İspaniyanın Barselona şəhərində meşə yanğınlarının qarşısını almaq üçün riskli ərazilərdə keçi və qoyunlardan istifadə olunacaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, heyvanların meşələrdə alovun artmasına səbəb olan quru otları yeməsi təmin ediləcək.

Bildirilir ki, bu layihə aprel ayında Barselonanın Kolserola parkında 8 min hektar ərazidə həyata keçirilib.

Qeyd edək ki, İspaniyadakı bu təşəbbüs ötən il 850 min hektar ərazinin külə döndüyü ABŞ-ın Kaliforniya ştatında da öz təsirini göstərib. Bir çox şirkətlər bu sahədə müqavilələr imzalayıb.

Portuqaliyada nəsli kəsilməkdə olan Garrano atları, Kanadada isə inəklərdən oxşar şəkildə istifadə olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*