İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, ordu İrandakı vəziyyəti diqqətlə izləyir və yəhudi dövlətinə qarşı hər hansı təhdid yaranacağı təqdirdə döyüş əməliyyatlarını dərhal başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Eyal Zamir bildirib ki, İrandakı prosesləri yaxından izləyirlər və yüksək döyüş hazırlığı səviyyəsini qoruyurlar.
“Biz istənilən anda döyüş əməliyyatlarını bərpa etməyə hazırıq və ölkəmizə zərər verməyə çalışan hər kəsə qarşı qətiyyətlə hərəkət edəcəyik”, – deyə Baş Qərargah rəisi vurğulayıb.
O, həmçinin qeyd edib ki, iyulun 19-da İsrail ordusu İordaniyanın Əqəbə şəhəri istiqamətində raket buraxılışını izləyib. Zamirin sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemi mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə yüksək hazırlıq vəziyyətində saxlanılır.
Müşviq Tofiqoğlu
KONKRET.az
