“İsrail döyüş meydanında HƏMAS-ı və “Hizbullah”ı məğlub edə bilməyib” – ŞOK AÇIQLAMAbackend

"İsrail döyüş meydanında HƏMAS-ı və "Hizbullah"ı məğlub edə bilməyib" - ŞOK AÇIQLAMA

İsrail Silahlı Qüvvələrinin komandanı Herzi Halevinin “Livanda Hizbullah-la münaqişə qəfil sona çata bilər” deməsi böyük marağa səbəb olub. Belə ki, İsrail öz qarşısına qoyduğu məqsədlərə çatdığını əsas gətirərək ölkənin şimalında müəyyən nəticəyə gəlməyin mümkün olacağını bəyan edib. Bəs görəsən, İsrail tərəfinin bu açıqlaması nədən xəbər verir? Ümumiyyətlə, İsrail öz istəyinə çatıbmı?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, hazırkı gedişat İsrailin “Hizbullah”ı məhv etdiyini göstərmir:

“Doğrudur, “Hizbullah”ın üst komandanlığını və idarə heyətinin liderlərini öldürüblər. Amma döyüşçüləri və hərbçiləri məhv edə, qalib glələ və tutduqları mövqelərdən çıxara bilməyiblər. Livanda hansısa möqeyi tutmaqları mümkündür. Amma ümumilikdə “Hizbullah”ın nəzarətində olan mövqeləri, ən azından şimali Livanı ələ keçirə bilməyiblər. İsrail tərəfinin belə bir açıqlama verməsi yəqin ki, pərdəarxası aparılan ABŞ-İran danışıqlarının nəticəsidir. Ona görə də İsrail tərəfi sülh mesajları verməyə başlayıb. Həmçinin İsrail hökuməti cəmiyyətdə özünü istədiyini əldə edən və sülhə çalışan kimi göstərməyə çalışır. Eyni fikirlər bir azdan HƏMAS haqqında da deyiləcək. Çünki İsrail Hizbullah və HƏMAS-ın bütün rəhbərlərini məhv edib və bununla da qisasın alındığını düşünür. Amma İsrail döyüş meydanında nə HƏMAS-ı, nə də “Hizbullah”ı məğlub edə bilib. Hətta bunu etmək gücündə də deyil. Bunu bacarmadığı üçün başqa ifadələrlə fikir yayındırmağa çalışırlar. Doğrudur, İsrail müəyyən nəticəyə nail olub, amma bu, qələbə demək deyil. Hərçənd İsrail bu nəticəni qələbə kimi təqdim etməklə birinci Livandan, sonra isə Qəzza zolağından geri çəkiləcək. İsrail nə Fələstində nə Livanda qoyduğu hədəflərə tam çata biləcək”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*