İsrail İrana hücum etmək üçün ABŞ-dan döyüş təyyarələri İSTƏDİbackend

İsrail İrana hücum etmək üçün ABŞ-dan döyüş təyyarələri İSTƏDİ

İsrail İrana hücum etmək üçün ABŞ-dan döyüş təyyarələri istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu “Breaking Defence” nəşri məlumat yayıb.

İsrail İranın nüvə obyektlərinə zərbə endirmək qabiliyyətini gücləndirmək üçün ABŞ-a 25 müasir F-15-EX döyüş təyyarəsi almaq istəyir.

Qəzetin yazdığına görə, İsrail Müdafiə Nazirliyi ötən həftə ABŞ-a rəsmi sorğu ilə məktub göndərib.

Yəhudi hökumətinin hərbi idarəsi və ABŞ səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Bildirilir ki, 2020-ci ildə İsrail həm F-35, həm də F-15 qırıcılarının arsenalını artırmaq qərarına gəlib, lakin siyasi qeyri-sabitlik səbəbindən yalnız F-35 qərarı həyata keçirilib.

Məlumata görə, F15-EX öz sinfində olan digər qırıcılardan daha çox silah daşıyır və hipersəs raketləri buraxa bilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*