İsrail həm Fələstin xalqının müqaviməti, həm də öz səhvləri ucbatından məğlub oldu.
KONKRET.az İran mediasına istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami deyib.
“İsrail uşaqları və körpələri hədəfə alaraq, Qəzza zolağında məzlum xalqı bombalayaraq, qələbə çalmağa çalışırlar. Onlar günahsız Fələstin xalqının müqaviməti və öz səhvləri sayəsində məğlub oldu”, deyə Səlami bildirib.
O əlavə edib ki, İsrail Qəzza zolağında hər gün ən azı 15 tank və bir neçə zirehli transportyor itirir.
Generalın sözlərinə görə, Fələstin müqavimət qruplarının İsrailə qarşı davam edən “Əl-Əqsa Fırtınası adlı hərbi əməliyyatı ABŞ-ın dünyadakı mövqeyini sarsıdıb.
Səlami qeyd edib ki, ABŞ, İsrail və onların müttəfiqləri demokratiyanı təbliğ etmək bəhanəsi ilə müsəlman ölkələrini işğal etmək üçün regiona gəliblər.
Ariz Həsənoğlu,
KONKRET.az