İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırdıbackend

İsrail Prezidenti İranı dünya nizamına təhlükə adlandırdı

İran dünya nizamına təhlükədir.

KONKRET.az xəbər verir ki, bu sözləri Almaniyaya səfəri zamanı İsrail Prezidenti İsxak Hersoq deyib.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerə müraciət edən Hersoq, deyib ki, nifrət qüvvələri ilk növbədə İrandan gəlir.

“İran açıq şəkildə İsraili məhv etməyə çalışır və dünya ictimaiyyəti onunla ciddi və sərt davranmalıdır”, – deyə İsrail Prezidenti vurğulayıb

Hersoq İran hakimiyyətinin etibarlı olmadığına inandığını bildirib.

“İran sübut etdi ki, ona etibar etmək olmaz. Bu ölkə dünya düzəninə təhdiddir”,- deyə Hersoq bildirib.

İsrail prezidenti vurğulayıb ki, ölkəsi ərazi bütövlüyünə dair təhdidləri qəbul etmir. Hersoq bildirib ki, İsrailin müttəfiqləri bundan sonra onun arxasında möhkəm dayanmalıdır. /Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*