Amerika Dövlət Departamentinin bəzi rəsmilərinin İranla anlaşma əldə edilməsi üçün israrına baxmayaraq, Ağ Ev İsrailin yanında dayanıb və Sepah-ın adının terror qruplaşmaları siyahısında qalmasını istəyir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Bildirilib ki, İsrail son həftələrdə Amerikada “Sepah”ın terrorçular siyahısından çıxarılmasına qarşı intensiv kampaniyaya başlayıb və hazırda Baydenin yaxın günlərdə elan edəcəyi ehtimal olunan qərarını gözləyir.
Bununla yanaşı, İsrailin Amerikada nüfuzlu rəsmilərinin dediyinə görə, Dövlət Departamentinin “Sepah”ı terrorçu qruplaşmaları siyahısında saxlamaq istəyən bir sıra səlahiyyətliləri Baydenin qərarına təsir göstərə bilərlər.
KONKRET.az,
Natiq Səlim
