İsrail tankları ispan sülhməramlılarına HÜCUM ETDİbackend

İsrail tankları ispan sülhməramlılarına HÜCUM ETDİ

İsrailin zirehli birlikləri BMT missiyası çərçivəsində Livanın cənubunda yerləşən ispan sülhməramlı patruluna atəş açıb.

KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti ölkənin Müdafiə Qərargahına istinadla məlumat yayıb.

Rəsmi məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

Məlumatda qeyd olunur ki, üç israil tankı ispan batalyonunun məsuliyyət zonasında yerləşən ərazinin şimal hissəsində mövqe tutub. Batalyona general Antonio Bernal Martin rəhbərlik edir.

Tankların müəyyən olunmuş sərhədləri keçdiyi üçün ispan patrulu El-Xiyam yaşayış məntəqəsinin cənubuna hərəkət edərək vəziyyəti müşahidə etməyə başlayıb. Bu zaman onlar hücuma məruz qalıblar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*