İsrailli deputatlar Güney Azərbaycanla bağlı müraciətini geri götürdü – SƏBƏBbackend

İsrailli deputatlar Güney Azərbaycanla bağlı müraciətini geri götürdü - SƏBƏB

İsrail parlamentində bir qrup deputat İranda yaşayan etnik azərbaycanlıların müstəqillik mübarizəsinə dəstək verməyə çağıran xarici işlər naziri Eli Kohenə müraciətini geri götürüb.

KONKRET.az xəbər verir ki, bu addım İranın vəliəhd şahzadəsi Rza Pəhləvi və Avropadakı iranlı mühacir təşkilatlarının ictimai etirazlarından sonra atılıb. Xüsusilə vəliəhd şahzadə Rza Pəhləvi israilli deputatların təşəbbüsünü kəskin şəkildə pisləyib və bunun “İran rejiminin maraqlarına xidmət etdiyini” bildirib.

İsrail mediasının məlumatına görə, belə bir mənfi reaksiyadan sonra İsrailin kəşfiyyat naziri Gila Gamliel petisiyanı imzalayan 25 deputatla görüşüb və onlarla İranın dağılması və müstəqil dövlət elan edilməsi senarisi ilə bağlı riskləri müzakirə edib. Müzakirələr nəticəsində belə qənaətə gəlinib ki, hazırda İran İslam Respublikasının parçalanmasına yönəlmiş təşəbbüslərdən çəkinmək məntiqlidir.

“Jerusalem Post” yazır ki, İsrail deputatlarının xarici işlər naziri Eli Kohenə göndərdiyi məktub İranda kütləvi etirazların amansızlıqla yatırılması üçün bəhanə kimi İsrailə qarşı istifadə olunacaq.

“Bununla əlaqədar olaraq, Kohenə müraciəti imzalayan Knessetin bir çox üzvü geri addım atıb”, – The Jerusalem Post yazır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*