İstanbulu Avropa və Asiya hissələrinə ayıran İstanbul boğazında hərəkət qatı duman səbəbindən müvəqqəti olaraq bağlanıb.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.
“Yerli vaxtla saat 03:10-da sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, – məlumatda qeyd olunub.