İstanbula və Bakıya biletlər yarım saata bitdibackend

İstanbula və Bakıya biletlər yarım saata bitdi

Türk Hava Yollarının (THY) Bakı-İstanbul Bakı istiqaməti üzrə yeni açdığı reyslərinə biletlər çox qısa müddətdə satılıb qurtarıb.

KONKRET.az xəbər verir ki, bu barədə THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas məlumat verib.

Onun sözlərinə görə, bütün biletlərin satışı üçün yarım saat kifayət edib.

Xatırladaq ki, Türk Hava Yolları 1 iyul tarixindən Bakı-İstanbul-Bakı istiqamətində həftənin çərşənbə və cümə günlərində uçuşlara başlayır.

Biletlər 27.06.2020 tarixində Bakı vaxtı ilə saat 10:00-dan www.turkishairlines.com saytında satışa açılıb.

Biletin qiyməti ekonom sinfi üçün bir tərəfə vergilər daxil tək qiymət olaraq 220 dollardır (yəni yerlər azaldıqca qiymət artmırdı). Biznes sinfində qiymət bir tərəfə vergilər daxil 920 dollardan başlayıb.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən uçuşdan əvvəl 48 saat ərzində COVİD-19 testindən keçmək tələb olunur.

Fed.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*