İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı, 3 nəfərin axtarışları davam edirbackend

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı, 3 nəfərin axtarışları davam edir

Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından 1 nəfərin meyitinin tapıldığını açıqlayıb. Daha 3 nəfərin axtarışları davam edir.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, dağıntıların altında qaldıqları ehtimal olunan şəxslərin xilas edilməsi məqsədilə bölgəyə 60-dan çox texnika, çox sayıda canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb olunub.

İndiyədək dağıntıların altından 10 nəfər xilas edilib.

Qeyd edək ki, Türkiyənin İstanbul Valiliyi şəhərin Maltepe rayonunda yerləşən 7 mərtəbəli binada baş verən çökmə ilə bağlı açıqlama yayıb.

Hadisə bu gün saat 05:40 radələrində baş verib.

Əhali Qeydiyyat Sisteminə görə, bina 1987-ci ildə tikilib. Binanın birinci mərtəbəsindən iş yeri, yuxarı mərtəbələrdə yerləşən 12 mənzildən isə yaşayış məqsədilə istifadə olunur. Binada ümumilikdə 33 nəfər yaşayır. Çökmədən təsirlənməyən mənzillərdə yaşayan sakinlər hadisədən sonra təxliyə ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*