İstanbulda dəhşəti yanğın – 25 nəfər həyatını itirdi – YENİLƏNİBbackend

İstanbulda dəhşəti yanğın - 25 nəfər həyatını itirdi - YENİLƏNİB

Türkiyənin İstanbul şəhərində baş verən yanğında həlak olanların sayı 25-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Əli Yerlikayaya zəng edərək yanğınla bağlı məlumat alıb.

Yanğınla bağlı cinayət işi açılıb, 5 nəfər saxlanılıb.

***

16:44

Türkiyənin İstanbul şəhərində yanğın olub.

KONKRET.az TRT-yə istinadən xəbər verir ki, hadisə Beşiktaş rayonunda qeydə alınıb.

16 mərtəbəli binanın zirzəmisində baş verən yanğında 12 nəfər həyatını itirib. 7-si ağır vəziyyətdə olan daha 11 nəfər isə yaralanıb

İstanbul valiliyi hadisə ilə bağlı araşdırmalar başladığını açıqlayıb. Bildirilib ki, yanğın söndürülüb.

Hazırda müvafiq addımlar atılır.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*