İstanbulda yaralanan azərbaycanlıların adları AÇIQLANDIbackend

İstanbulda yaralanan azərbaycanlıların adları AÇIQLANDI

İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən, 11.09.2022 tarixində axşam saat 8 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla 6 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə  Azərbaycanın İstanbuldakı Baş konsulluğundan məlumat verilib.

Konsulluq yaralı həmyerlilərimizin adlarını açıqlayıb:

1. Rakif Əliyev

2. Mahrec Kərimov

3. Azər Amanov

4. Qulam İbrahimov

“Yaralılar Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunurlar. Hadisənin yaranma səbəbləri aidiyyəti polis şöbəsi tərəfindən araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, – qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*