İstefada olan general DƏFN EDİLDİ – FOTOLAR – YENİLƏNİBbackend

İstefada olan general DƏFN EDİLDİ - FOTOLAR - YENİLƏNİB

Böyük Vətən Müharibəsi iştirakçısı, istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov İkinci Fəxri Xiyabanda son mənzilə yola salınıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Vida mərasimində görkəmli hərbi xadimin mənalı ömür yolu xatırlanıb, onun Vətən və xalq qarşısında xidmətləri qeyd olunub.

Dəfn mərasimində əsgəri ənənələrə uyğun olaraq dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb. Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Respublika Veteranlar şurası adından əklillər qoyulub.

Dəfn mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev tabut üzərinə sərilən dövlət bayrağını xatirə saxlamaq üçün mərhumun ailəsinə təqdim edib və dərin hüznlə baş sağlığı verilib.

Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

***

 13:41
Müdafiə Nazirliyi istefada olan general-polkovnik Tofiq Ağahüseynovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, başsağlığında deyilir:

“Görkəmli hərbi və dövlət xadimi, Böyük Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və hərbi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi T.Ağahüseynovun vəfatı ilə bağlı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

ALLAH rəhmət eləsin!
Müdafiə Nazirliyinin rəhbərliyi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*